Axşam saat 8-dən etibarən komendant saatı başlayacaq
Los-Ancelesin mərkəzində günlərlə davam edən iğtişaşlardan sonra gecə komendant saatı tətbiq olunacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şəhər meri Karen Bass deyib.
Axşam saat 8-dən etibarən komendant saatı başlayacaq. O bildirib ki, çərşənbə axşamı yerli vaxtla (Bakı vaxtı ilə 7:00-dan) çərşənbə günü səhər saat 6:00-a qədər (Bakı vaxtı ilə 17:00) komendant saatı davam edəcək. Ərazidə yaşayan və ya işləmək üçün orada olmaq məcburiyyətində olan insanlar üçün istisnalar olacaq.
"Mən sabah seçilmiş liderlərlə və hüquq-mühafizə orqanları ilə komendant saatının uzadılması ilə bağlı məsləhətləşəcəyəm. Lakin biz bunun bir neçə gün davam edəcəyini gözləyirik", Bass qeyd edib.