Üç nəfər mayın 3-də çox mürəkkəb və həssas istintaq çərçivəsində həbs edilib
İngiltərədə üç İran vətəndaşı Tehranın xeyrinə casusluqda şübhəli bilinərək ittiham olunub. Üç nəfər mayın 3-də “çox mürəkkəb və həssas istintaq” çərçivəsində həbs edilib və indi onlar məhkəmə qarşısına çıxmalıdırlar. AYNA.AZ xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, hər üç şəxs 2024-cü ilin avqustundan 2025-ci ilin fevralına qədər "xarici kəşfiyyat xidmətinə yardım etmək" barədə razılığa gəlməkdə ittiham olunur.
Təqsirləndirilənlər arasında 39 yaşlı Mostafa Sepahvand, 44 yaşlı Fərhad Cavadi Maneş və 55 yaşlı Şapur Kalehali Hani Nuri var.
Sepahvand Birləşmiş Krallıqda bir şəxsə qarşı "ciddi zorakılıq hərəkətləri etmək" niyyəti ilə müşahidə, məlumat toplama və kəşfiyyat məlumat toplamaqda ittiham olunur.
Digərləri üçüncü şəxslərin ciddi zorakılıq hərəkətləri etmək niyyəti ilə müşahidə və kəşfiyyat aparmaqda ittiham olunurlar.