Cinayətkarların əksəriyyəti tədbir keçirilən ərazidə, 27 nəfər isə yaxınlaşarkən saxlanılıb
Londonda keçirilən Afro-Karib karnavalının ilk günündə hüquq-mühafizə orqanları Nottinq Hilldə 169 nəfəri saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Scotland Yard” məlumat yayıb.
Bildirilib ki, "narkotik saxlamaq, silah saxlamaq, hücum - təcili yardım işçiləri də daxil olmaqla - və cinsi cinayətlər ittihamları ilə 169 nəfər həbs edilib".
Polisin məlumatına görə, cinayətkarların əksəriyyəti tədbir keçirilən ərazidə, 27 nəfər isə yaxınlaşarkən saxlanılıb.
Qeyd edək ki, Afro-Karib karnavalı 1964-cü ildən bəri keçirilir. Avropanın ən böyük küçə festivalına hər il bir milyondan çox britaniyalı və turist qatılır. Böyük Britaniya paytaxtında karnaval zamanı cinayətkarlıq səviyyəsi kəskin şəkildə artır. Keçən il polis iki gün ərzində 528 nəfəri saxlayıb. Karnavalda dörd nəfər bıçaqlanıb.