Liviyada gərgin vəziyyət davam edir

Dünya

03.06.2020 - 11:53

Liviya Ordusu ilə Haftar qüvvələri arasında şiddətli qarşıdurmalar səngimir

 

Liviyada Tripoli Beynəlxalq Hava Limanı ətrafında Liviya Ordusu ilə general Haftar qüvvələri arasında şiddətli qarşıdurmalar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Haftar qüvvələri tərəfindən işğal edilmiş hava limanı ətrafında yerləşən yaşayış məntəqələri böyük dağıntılara məruz qalıb.

 

Liviya ordusundan verilən məlumata görə, Tripoli Hava Limanını geri almaq üçün artıq genişmiqyaslı əməliyyatlara start verilib.

 

Qeyd edək ki, Liviya ordusunun son günlər silsilə əməliyyatları nəticəsində Haftarın nəzarətində olan Vatiyye Hava Bazası, bu yaxınlarda isə Tripolinin cənubunda yerləşən Həmzə, Yermuk, Es-Savarih hərbi düşərgələri də daxil olmaqla böyük bir ərazi geri alınıb. 

Müəllif: Ayna.az