Litvada itkin düşən 4 ABŞ əsgərindən üçünün meyiti tapılıb

Dünya

31.03.2025 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

Dördüncü hərbçinin axtarışları davam edir

Litvada təlimlər zamanı itkin düşən 4 amerikalı hərbçidən üçünün meyiti tapılıb. Dördüncünün axtarışları davam edir. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Avropa və Afrikadakı komandanlığı məlumat yayıb.

Komandanlıq Litvanın ABŞ-ın sadiq müttəfiqi olduğunu vurğulayaraq, itkin düşən əsgərlərin axtarışında göstərdikləri köməyə görə Litva və Polşa hərbçilərinə minnətdarlığını bildirib. Onlar helikopterlər, dronlar və quru qüvvələrinin köməyi ilə axtarış aparıblar.

ABŞ ordusunun Pabrade poliqonunda təlimlərdə iştirak edən “M88 Hercules” zirehli maşını 4 nəfərlik heyəti ilə birlikdə martın 25-də itkin düşüb. Sonradan məlum olub ki, o, yoldan çıxıb və xəritələrdə qeyd olunmayan torf bataqlığında batıb. Martın 31-də maşın bataqlıqdan çıxarılıb.

NATO-nun baş katibi Mark Rutte Varşavaya səfəri zamanı bildirib ki, ekipaj həlak olub, lakin ABŞ komandanlığı hərbçilərin taleyi barədə əvvəllər rəsmi məlumat açıqlamayıb.

Pabrade poliqonu Litvanın Belarusla sərhədindən bir neçə kilometr aralıda yerləşir. İtkin düşən əsgərlər adi taktiki təlim keçirmişlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş