Nauseda Avropa ölkələrini müdafiə sektoruna investisiyaları artırmağa çağırıb
Litva Prezidenti Gitanas Nauseda Rusiyanı Avropa İttifaqı və NATO dövlətləri üçün ciddi və uzunmüddətli təhlükə adlandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, Prezident bu səbəbdən Avropa ölkələrini müdafiə sektoruna investisiyaları artırmağa çağırıb.
Onun sözlərinə görə, bu ilin aprel ayında Ukrayna sərhədləri yaxınlığında manevrlər aparan Moskva təcavüzkar davranışdan imtina etmək niyyətində olmadığını və qonşu ölkələrin suverenliyini təhdid etdiyini sübut etmiş oldu: “Rusiyanın artan hərbi təhlükəsi yalnız Avropa İttifaqının Şərq cinahındakı kifayət qədər NATO müdafiəsi ilə təsirsiz hala gətirilə bilər".
Nauseda NATO hərbi kontingentlərinin "açıq qapı siyasəti"nin aktivləşdirilməsini Rusiyanı cilovlamaq üçün yaxşı yol adlandırıb: “Eyni zamanda, Avropa ölkələri transatlantik əlaqələri və silahlı qüvvələri gücləndirməlidir.