Xilasetmə tədbiri nəticəsində bir nəfərə müvafiq köməklik göstərilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən bir xilasetmə əməliyyatı keçirilib.
AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, həyata keçirilən xilasetmə tədbiri nəticəsində bir nəfərə müvafiq köməklik göstərilib.