Lerikdə dağlıq ərazidə yanğın olub

Hadisə

26.07.2020 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

Meşə zolağı yanğından mühafizə edilib

 

Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, 5 hektar sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb. Meşə zolağı yanğından mühafizə edilib.

 

Yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş