Lavrovla Kerri arasında görüş olub

Dünya

06.04.2021 - 15:24

Tərəflər iqlim problemlərini müzakirə ediblər

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə ABŞ Prezidentinin İqlim Məsələləri üzrə xüsusi səfiri, keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

 

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Hindistan paytaxtındakı bir mənbə jurnalistlərə açıqlama verib.

 

Mənbənin verdiyi məlumata görə, görüş Lavrov və Kerrinin qaldığı oteldə baş tutub. Tərəflərin iqlim problemlərini müzakirə etdikləri qeyd edilib.

Müəllif: Ayna.az