Rusiyanın xarici işlər naziri tailandlı həmkarı Pramatvinai ilə görüşəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Taylanda rəsmi səfər edəcək və orada tailandlı həmkarı Don Pramatvinai ilə görüşəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Praktik əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələləri üzrə fikir mübadiləsi gözlənilir. Ticarət-iqtisadi və investisiya əlaqələrinin qurulması, mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetiriləcək”, - Rusiya XİN-dən bildirilib.
Qeyd olunub ki, Rusiyanın Pxuketdəki Baş Konsulluğunun açılış mərasimində hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri də iştirak edəcəklər.