Lavrov Ayvazyanla Qarabağla bağlı razılaşmaları müzakirə edib

Dünya

05.02.2021 - 23:47

10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələri icrasını barədə müzakirələr aparılıb 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ara Ayvazyanla telefon danışığı olub.

 

AYNA TASS-a istinadən xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ üzrə razılaşmalarını müzakirə ediblər.

 

“XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının icrasını, həmçinin, İşçi qrupunun 2021-ci il 30 yanvar tarixində Moskvada üç ölkənin hökumət başçısının müavinlərinin həmsədrliyi ilə keçirilmiş iclasının nəticələrini müzakirə etdilər”, - deyə Rusiya XİN-in məlumatında deyilir.

Müəllif: Ayna.az