Rusiyanın xarici işlər naziri Lavrov üç amerikalı blogerə müsahibə verib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov üç amerikalı blogerə müsahibə verib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Sergey Viktoroviç Lavrov, təbii ki, dayanmadı, bütün müsahibəni etimologiyadan tutmuş hazırkı vəziyyətə və əlaqələrin davam etdirilməsi imkanlarına qədər Ukrayna böhranı ətrafındakı vəziyyətə həsr etdi”, - diplomat bildirib.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenskidən müsahibə alan və Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayan məşhur amerikalı bloger və jurnalist Leks Fridman Moskvaya gəlib.