Lavrov ABŞ-ın Rusiyadakı gələcək səfiri ilə görüşüb

Dünya

23.11.2019 - 19:45

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Senatı bir müddət əvvəl Sallivanın Rusiyadakı səfir vəzifəsinə namizədliyini təsdiqləyib

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyanın fövqəladə və səlahiyyətli səfiri postuna namizədi Con Sallivanla görüşüb. AYNA-nın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Lavrov bildirib ki, onlar ikitərəfli dialoqda mövcud olan bir çox problemin həlli yollarını müzakirə ediblər. 

 

Bundan əlavə, Lavrov gələcək səfirlə G20 sammitinin beynəlxalq münasibətlərdə rolunu yüksək qiymətləndirib: “Bu strukturun dəstəyini təsdiqlədik. Hamının maraqlarına cavab verir, ümumiyyətlə məqbul razılaşmalar əldə etmək üçün yaxşı bir platforma rolunu oynayır”.

 

Qeyd olunur ki, görüş G20 Xarici İşlər nazirlərinin Yaponiyanın Naqoya şəhərində baş tutan iclası çərçivəsində keçirilib.

 

Xatırladaq ki, ABŞ Senatı bir müddət əvvəl Sallivanın Rusiyadakı səfir vəzifəsinə namizədliyini təsdiqləyib. O, hazırda dövlət katibinin müavini vəzifəsini icra edir. Con Sallivan Pentaqon, Ədalət Nazirliyi və Ticarət Departamentində çalışıb. Son iki ildir Dövlət Departamentində fəaliyyət göstərsə də artıq şöbənin əsas simalarından biri hesab olunur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş