Laçın sakini tapdığı silahı polisə təhvil verib

Xəbərlər

18.10.2020 - 22:08

Polis əməkdaşları profilaktiki tədbirlər aparıblar

 

Laçın sakini tapdığı odlu silahı polisə təhvil verib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini  Ə.Vəliyev tapdığı “Makarov” markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.

Müəllif: Ayna.az