Kuril adaları ilə bağlı mübahisə yenidən gündəmə gəlir

Dünya

04.02.2021 - 11:46

Baş nazir: “Problem gələcək nəsillərə buraxılmamalıdır”

 

Yaponiyanın Baş naziri Yoşide Suqa Rusiya ilə Kuril adaları ilə bağlı mübahisənin həlli istiqamətində çalışacağını açıqlayıb. Bu barədə AYNA TASS-a istinadən xəbər verir.

 

Baş nazirin sözlərinə görə, yeni danışıqlarda Yaponiya tərəfinin mübahisəli ərazilərlə bağlı iki dövlət arasında əldə etdiyi bütün razılaşmalara əməl ediləcək. Suqa mübahisə ilə bağlı məsələni yerindən qaldırmaq üçün hər cür səy göstərəcəyini vurğuladı: “Kuril adaları məsələsinin həll edilməsi lazımdır. Problem gələcək nəsillərə buraxılmamalıdır”.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsinin nəticələri əsasında Moskva ilə Tokio arasında sülh müqaviləsi bağlanmayıb. Sənədlərin imzalanmasına əsas maneə isə Kurilin Cənub hissəsi - Iturup, Kunaşir, Şikotan adaları və Habomay adaları qrupu üzərində həll edilməmiş ərazi mübahisəsi olub.

 

Yaponiya Cənubi Kuril adalarını özünün Şimal əraziləri adlandırır və Rusiyanın onlar üzərində suverenliyini tanımır. Moskva da öz növbəsində ərazi mübahisəsi olduğu həqiqətini qəbul etmir. Vaşinqton isə Tokio ilə eyni mövqedədir - Cənubi Kuril adalarını Yaponiyanın bir hissəsi hesab edir.

Müəllif: Ayna.az