Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapılıb

Xəbərlər

08.03.2021 - 16:24

Yusifov Səfxanın cəsədi bu gün sudan çıxarılıb

 

Kürdə batan şəxsin meyiti tapılıb. AYNA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

 

Xəbərdə qeyd olunur ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

 

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif: Ayna.az