Kürdə batan gəncin meyiti tapılıb

Hadisə

03.07.2020 - 15:28

Həkimlər Klinikalar SEO Xidməti

17 yaşlı Şirvan şəhər sakinin çayda dünən batmışdı

 

Ötən gün Kür çayında batan 17 yaşlı Şirvan şəhər sakinin meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib. AYNA xəbər verir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb.

 

Yeniyetmənin meyiti bu gün səhər saatlarında  FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş