Kürdə 2 gün əvvəl batan azyaşlının meyiti tapılıb

Xəbərlər

27.05.2023 - 00:10

Həkimlər Klinikalar SEO Xidməti

Meyit batdığı yerdən 10 kilometr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb.

AYNA APA-ya istinadən xəbər verir ki, mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş