KTMT Ermənistanla bağlı qərar verəcək

Dünya

16.08.2026 - 17:11

Baş katib: “Ermənistanın KTMT-də gələcək iştirakı ilə bağlı qərarın ağlabatan müddət ərzində qəbul edilməli olduğu qənaətindəyik”

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gələcək iştirakı ilə bağlı qərar ağlabatan müddət ərzində qəbul edilməlidir. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə KTMT-nin Baş katib Taatbek Masadıkov deyib.

"Biz Ermənistanın KTMT-də gələcək iştirakı ilə bağlı qərarın ağlabatan müddət ərzində qəbul edilməli olduğu qənaətindəyik”, qeeyd edib.

Daha əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi bütün üzv dövlətlər arasında konsensus tələb edəcək. Onun sözlərinə görə, bu məsələ, ehtimal ki, 11 noyabrda Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında liderlər tərəfindən müzakirə olunacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyun ayında bildirib ki, KTMT Ermənistanın üzvlük haqqını ödəməməsi səbəbindən öhdəliklərini yerinə yetirməyən dövlətlərə qarşı tədbirləri tənzimləyən nizamnamə müddəasına istinad etməyi nəzərdən keçirəcək.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını faktiki olaraq dayandırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu müttəfiqlərin Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərinin 2021-2022-ci illərdə yerinə yetirilməməsi ilə izah edib.

KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş