“Ukraynanın tənzimlənməsi ilə bağlı müzakirə etdiyimiz məzmun çox mürəkkəbdir"
“Rusiya ABŞ-la əlaqə saxlamağa davam edir. Lakin Ukraynadakı münaqişə məsələsi çox mürəkkəbdir və səy tələb edir”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Amerika tərəfi ilə təmaslarımızı davam etdiririk. Ukrayna mövzusu çox mürəkkəbdir, Ukraynanın tənzimlənməsi ilə bağlı müzakirə etdiyimiz məzmun çox mürəkkəbdir. Bu, həm də çoxlu əlavə səylər tələb edir", - Peskov qeyd edib.