Kreml: Rusiya İsrail və İran arasında kəskin eskalasiyadan narahatdır

Dünya

13.06.2025 - 17:42

cedabet dərman SEO Xidməti

Dmitri Peskov: “Moskva İsrail və İran arasında kəskin eskalasiyanı pisləyir”

“Rusiya İsraillə İran arasında kəskin eskalasiyadan narahatdır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Moskva İsrail və İran arasında kəskin eskalasiyanı pisləyir.

Peskovun sözlərinə görə, Rusiya Prezidentinin tapşırığına əsasən, Xarici İşlər Nazirliyi yaxın vaxtlarda İsrail və İran arasında vəziyyətlə bağlı ətraflı açıqlama verəcək.

Mətbuat katibi əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətindən onlayn hesabatlar alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş