Hər iki lider yaranmış problemlərin tezliklə həll olunacağına inanırlar
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığının bəzi detalları məlum olub. AYNA “Lenta.ru” saytına istinadən bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Lukaşenko rusiyalı həmkarını ölkəsində prezident seçkilərindən sonra yaranan vəziyyət barədə məlumatlandırıb.
Hər iki lider yaranmış problemlərin tezliklə həll olunacağına inandıqlarını bildiriblər.
“Əsas məsələ destruktiv qüvvələrin bu problemlərdən istifadə edərək iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmasına imkan verməməkdir”, - məlumatda bildirilib.