Kreml: “ABŞ-ın sanksiyalarına qarşılıqlı cavab veriləcək”

Dünya

15.04.2021 - 14:28

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Peskov: “Bu məsələdə qarşılıqlı prinsip tətbiq olunur”

 

“Rəsmi Moskvanın maraqlarının ən yaxşı şəkildə təmin edilməsi üçün ABŞ-ın mümkün yeni sanksiyalarına qarşılıqlı şəkildə cavab veriləcək”. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, bu məsələdə qarşılıqlı prinsip tətbiq olunur: “Kreml ABŞ-ın istənilən sanksiya istəklərini qınayır və qanunsuz hesab edir. Bütün hallarda, yeni sanksiyalarla bağlı rəsmi məlumatın Vaşinqton tərəfindən açıqlanmasını gözləməyi tövsiyə edirəm”.

 

Qeyd edək ki, bu gün ABŞ mətbuatında Ağ Evin Rusiyaya qarşı yeni sanksiyalar siyahısı hazırladığı barədə məlumatlar yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş