“Körpü”də karantin qaydaları pozuldu

Xəbərlər

12.09.2021 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Zaqatalada karantin qaydalarını pozan obyekt sahibləri cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin “COVID-19 pasportu” olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş