Koronavirusun sinirlərə təsir etdiyi məlum olub

Dünya

15.11.2020 - 07:30

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19-un nevroloji problemlərə səbəb olduğu ortaya çıxıb


Aparılan araşdırmalardan birində COVID-19 xəstələrinin sağaldıqdan sonra yüzdə 20-də nevroloji problemlərinin ortaya çıxdığı məlum olub. 


AYNA xarici mediaya istinadən xəbər verir ki, “The Lancet Psychiatry” tibb jurnalında dərc olunan bir araşdırma koronavirus (COVID-19) xəstələrinin yüzdə 20-nin sağaldıqdan sonra zehni narahatlıqlar yaşadığını aşkarlayıb.

 

ABŞ-da koronavirus diaqnozu qoyulmuş 62 mindən çox insanın qeydlərini araşdırarkən məlum olub ki, diaqnoz qoyulduqdan sonra həmin şəxslərdə 90 gün ərzində ən çox narahatlıq hissi, depressiya və yuxusuzluq olduğu müşahidə edilib. Oxford Universitetinin psixiatriya professoru Paul Harrison da insanların koronavirusdan (COVID-19) sağaldıqdan sonra daha çox zehni problemlər yaşaya biləcəyindən narahat olduqlarını ifadə edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş