“Koronavirusun ikinci dalğası baş qaldıra bilər”

Dünya

22.04.2020 - 12:57

cedabet dərman SEO Xidməti

Robert Redfild: “Qrip epidemiyasını və koronavirus pandemiyasını eyni anda yaşayacağıq”

 

Qış aylarında fəsil dəyişkənliyi ilə əlaqədar olaraq yayılan qriplərə görə koronavirusun ikinci, daha sərt mərhələsi başlaya bilər. AYNA xəbər verir ki, bu barədə Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Robert Redfild açıqlama verib.

 

“Washington Post” qəzetinə açıqlama verən CDC direktoru qışda virusun daha çətin olacağını söyləyib: “Qrip epidemiyasını və koronavirus pandemiyasını eyni anda yaşayacağıq. Xəstəliklərin artması isə ABŞ-da səhiyyə sisteminə böyük təzyiq olacaq”.

 

Redfild onu da əlavə edib ki, komendant saatları qaldırılsa, səlahiyyətlilər sosial məsafənin tətbiq olunmasının vacibliyini insanlara adekvat şəkildə izah etməlidirlər: “İnfeksiya yoluxmalarını müəyyənləşdirmək üçün testlərin artmasına və nəzarət üsuluna diqqət yetirmək lazımdır. Bu şəkildə yeni yoluxmaların qarşısını almaq mümkün olar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş