Azərbaycanda son sutkada COVID-19 əleyhinə 1682 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 682 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 119, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1130, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 220 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 818 005, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 776, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 889, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 784, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.