Hacı İ. xəstəxana işçilərinin alqışları ilə evə göndərilib
Türkiyənin Malatya şəhərində koronavirusa yoluxan və 20 gün nəfəs aparatına bağlı qalan 62 yaşlı xəstə virusa qalib gəlib.
AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, Hacı İ. adlı xəstə COVİD-19 şübhəsi ilə 26 gün əvvəl Malatyada xəstəxanaya yerləşdirilib. Müayinədən sonra koronavirus aşkarlanan 62 yaşlı kişinin vəziyyəti ağır olduğu üçün o, reanimasiyaya yerləşdirilib. Süni nəfəs aparatına bağlı olan Hacı İ.-nin müalicəsi 20 gün davam etdirilib.
Aprelin 22-də vəziyyəti yaxşılaşdığı üçün reanimasiyadan palataya köçürülən xəstənin müalicəsi bu gün tamamlanıb. Tam sağalan Hacı İ. xəstəxana işçilərinin alqışları ilə evə göndərilib.