Koronavirus peyvəndinin ilk sınaqları başa çatıb

Dünya

12.07.2020 - 12:24

Tədqiqatın bu mərhələsinin məqsədi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini yoxlamaq olub

 

Rusiyada dünyadakı ilk koronavirus peyvəndinin sınaqları başa çatıb. AYNA rus mətbuatına istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Təcrübə Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

 

“Universitet koronavirusa qarşı dünyada ilk peyvəndin könüllüləri ilə sınaqları uğurla başa çatdırdı”, - deyə alim qeyd edib.

 

O, qeyd edib ki, tədqiqatın bu mərhələsinin məqsədi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini yoxlamaq olub. Tarasov vurğulayıb ki, könüllülər koronavirusa yoluxdurmanın qarşısını almaq üçün uzun müddətdir təcrid vəziyyətindədirlər, sadəcə sınaqlar başlamazdan əvvəl xariclə təmasda olublar.

 

“Uzun müddət davam edən təcrid könüllülərin psixoloji vəziyyətinə təsir göstərdi. Sınaqlar zamanı qarşıdurmalar oldu, emosional stress artdı. Bununla əlaqədar yaranan gərginliyi azaltmaq üçün işə psixoloqlar cəlb edildi”, - Tarasov vurğulayıb.

Müəllif: Ayna.az