Koronavirus əleyhinə vaksinin sınağına başlanılıb - <font color=red> VİDEO</font>

Dünya

24.04.2020 - 07:43

cedabet dərman SEO Xidməti

İki könüllünün üzərində vaksinin tədqiqatına başlanılıb

 

Koronavirus əleyhinə vaksin hazırlayan Oksford Universitetinin tədqiqatçılarından ibarət komanda preparatı könüllülər üzərində test etməyə başlayıb.

 

AYNA bildirir ki, bu barədə “TASS” xəbər verib.

 

Söhbət ChAdOx1 nCoV-19 adlı vaksindən gedir. O, şimpanzedəki virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Bu cür texnologiya əvvəllər digər xəstəliklərə qarşı immunitetin yaranmasında effektivliyini sübut etmişdi.

 

“Bu gün Oksford Universitetinin vaksinlər üzrə qrupu vaksinin təhlükəsizliyi və yaxşı immunitet təmin etmə bacarığı barədə məlumat toplamaq üçün iki könüllünün üzərində onun tədqiqatına başlayıb”, - universitetin Tvitter hesabındakı paylaşımda yazılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş