Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

26.10.2021 - 15:08

Son sutkada COVID-19 əleyhinə 41233 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41233 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14885 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9424902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5086757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4338145 təşkil edir.

Müəllif: Ayna.az