Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Aktual

06.06.2021 - 16:56

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 275-dir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

#

Müəllif: Ayna.az