Dərmanla bağlı nəticələr iki ay içərisində açıqlanacaq
Avropa Dərman Agentliyi koronavirusun müalicəsi üçün yaradılan “Regkirona” adlı dərmanın Avropa İttifaqında istifadəsi üçün müraciəti dəyərləndirməyə başlayıb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, müraciəti Cənubi Koreyanın “Celltrion” şirkəti edib.
Bildirilib ki, daha əvvəl təhlillər aparıldığı üçün iki ay içərisində nəticələr açıqlanacaq.
Qeyd olunub ki, dərman əlavə oksigenə ehtiyacı olmayan, amma ağırlaşma riski olan xəstələr üçün nəzərdə tutulub.