Koronavirus daha 3 ölkəyə yayıldı

Dünya

23.01.2020 - 23:57

Təhlükəli xəstəlik sürətlə yayılmaqda davam edir 

 

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, daha üç ölkədə - Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanında virusa yoluxma halı qeydə alınıb.

 

Sinqapur Səhiyyə Nazirliyinin məlumatına görə, 66 yaşlı Çin vətəndaşında virus aşkarlanıb. Vyetnamda da 2 nəfər Çin vətəndaşı xəstəliyə yoluxub.

 

Səudiyyə Ərəbistanında isə hindistanlı tibb bacısında virus tapılıb.

 

Qeyd edək ki, Çində koronavirus 17 nəfərin ölümünə səbəb olub. 600 nəfər isə virus daşıyıcısıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş