Koronavirus barədə ilk xəbəri verən həkim öldü

Dünya

06.02.2020 - 23:28

Qəhrəman həkim koronavirusdan öldü

 

Çinin Vuhan şəhərindən olan və bir müddətdir "qəhrəman həkim" kimi tanınan  Li Venliang özü də koronavirusdan ölüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, həkim bir müddətdir ailəsi ilə birgə xəstəxanada virusla bağlı nəzarətdə idi.

 

Məlumat üçün bildirək ki, Li Venliang Cində koronavirusun mərkəzi olan Vuhandan idi və uzun müddət xəstəxanada işləyirdi. O, ötən ilin son günlərində yenicə yaranan koronavirusla bağlı ilk həyəcan siqnalı verən həkim olub. Onun çağırışına dövlət orqanları tərəfindən mane olunub və ona xəbərdarlıq edilib. Həkim Li ona edilən təzyiqə baxmayaraq, sona qədər virus əleyhinə mübarizə edib. 

 

Təəssüf ki, həkim özü və ailə üzvləri də  yanvarın əvvəlində virusa yoluxub.

Müəllif: Raminə Eyvazqızı