4469 nəfər yaralanıb, 260 nəfər itkin düşüb və 364 nəfər xilas edilib
Kolumbiyada baş verən zəlzələdə ən azı 319 nəfər ölüb, 260 nəfər itkin düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin Fəlakət Risklərinin İdarə Edilməsi Xidmətinin “X” səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, "319 nəfər həlak olub, 4469 nəfər yaralanıb, 260 nəfər itkin düşüb və 364 nəfər xilas edilib". Bundan əlavə, 549 heyvan xilas edilib.
Hökumətin son qiymətləndirməsinə görə, zəlzələ təxminən 31.000 evi dağıdıb, 151.995 evə ziyan dəyib.
Qeyd edək ki, 10 avqustda Kolumbiyanın qərbindəki Çoko departamentində San Xose del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Hakimiyyət orqanları onun ölkə üzrə 15 departamentə təsir etdiyini təxmin edir.