Köçəryan həbs olunub

Dünya

27.08.2026 - 11:02

Sabiq Prezident barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib.

Qərarı hakim Sarkis Dadoyan qəbul edib. Bildirilib ki, hazırda Köçəryan xəstəxanadadır. O, səhər saatlarında xəstəxanaya çatdırılıb.

Köçəryan ölkə prezidenti olduğu dövrdə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur. Siyasətçi saxlanıldığı gün səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, daha sonra məhkəməyə aparılıb.

Qeyd edək ki, avqustun 25-də Ermənistanın keçmiş liderinin böyük oğlu Sedrak Köçəryan da həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş