Köçaryan: “Ağlı başında olan insan revanş haqqında düşünməz”

Dünya

06.04.2021 - 16:57

“Ermənistan ordusunun hazırkı vəziyyəti revanş haqqında düşünməyə imkan vermir”

 

“Ermənistan ordusunun hazırkı vəziyyəti revanş haqqında düşünməyə imkan vermir”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın ikinci Prezidenti Robert Köçaryan “Rossia 1” kanalının "Pozner" proqramında deyib.

 

Sabiq ölkə başçısı qeyd edib ki, Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz.

 

“Ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz. Odur ki, vəziyyətə bu cür baxmaq lazımdır: biz münaqişəyə son qoymaq istəyiriksə, gərək onun ədalətli həllini tapaq”, - Koçaryan əlavə edib.

 

Müəllif: Ayna.az