Kişinyovda liderlərin qeyri-rəsmi görüşü keçirilib

Siyasət

01.06.2023 - 20:40

Prezident İlham Əliyev Moldovada səfərdədir

İyunun 1-də Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Müəllif: Ayna.az