Kəsilmiş ağacların yerinə yeniləri əkilib

Xəbərlər

28.07.2021 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq mühafizə orqanına göndərilib

 

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev AYNA-ya bildirib ki, araşdırma zamanı həmin ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

“Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə yeniləri əkilib”, - deyə F.Piriyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş