Kəlbəcər rayonunun Alıbəyli kəndi – <font color=red> VİDEO</font>

Xəbərlər

28.01.2021 - 10:57

Müdafiə Nazirliyi işğaldan azad edilmiş kəndin videogörüntülərini yayıb

 

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Alıbəyli kəndinin videogörüntülərini yayıb.

 

Alıbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

 

AYNA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir:

Müəllif: Ayna.az