Hüquq və Ədalət Partiyasının namizədi seçicilərin 50,9 faizinin səsini toplayıb
Polşada prezident seçkilərində Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası məlumat yayıb.
Bülletenlərin 99,8 faizi sayıldıqdan sonra məlum olub ki, Navrotski seçicilərin 50,9 faizinin səsini toplayıb. Onun rəqibi Rafal Tşaskovski seçicilərin 49,1 faizinin etimadını qazanıb.