Bu barədə fransız jurnalist Taha Bouhafs məlumat verib və fotolar paylaşıb
Koronavirusla mübarizə edən ölkədlərdə karantin müddəti ilə bağlı insanlar etiraz etməyə başlayır.
AYNA xəbər verir ki, Fransada da karantin rejiminin mayın 11-dək uzadılması əhali arasında narahatlığa səbəb olub.
Belə ki, səhər saatlarında insanlar küçələrə çıxaraq etirazlarını bildiriblər.
Bu barədə fransız jurnalist Taha Bouhafs sosial şəbəkədə məlumat verib və fotolar paylaşıb.
Məlumatda bildirilir ki, Villeneuve-la-Garenne deyilən şəhərdə küçəyə çıxma qadağası olan saatlarda insanların etiraz etməsi polislə vətəndaşlar arasında qarşıdurmaya səbəb olub. Havaya fişəng atan etirazçılar polisin gözyaşardıcı qaz tədbiri ilə qarşılaşıblar. Həmin vaxtda polis qüvvələri olan avtomobilin 30 yaşlı motosikletlə toqquşması aksiyanı bir az da gərginləşdirib. Qəza nəticəsində motosikletçi ağır yaralanıb.
Qeyd edək ki, Fransada virusa yoluxma faktı 154 098 nəfərdir. Ötən gün daha 395 nəfər ölüb, ümumilikdə koronavirusdan ölüm sayı isə 19 718 nəfərə çatıb.
Xatırladaq ki, ötən bir neçə gündür, ABŞ-ın bir çox ştatında da karantinin ləğvi tələbi ilə etiraz aksiyaları keçirilir.