Karantini pozan kafe sahibi və müştəriləri cərimələniblər

Xəbərlər

08.12.2020 - 12:46

Dərhal obyektin fəaliyyəti dayandırılıb

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Müəllif: Ayna.az