Karantinə görə birdəfəlik yardım alacaq vətəndaşların sayı açıqlanıb

Xəbərlər

08.12.2020 - 16:04

Şahmar Mövsümov: “600 min nəfərə 190 manat birdəfəlik həcmdə maliyyə yardımı göstəriləcək”

 

Xüsusi karantin rejiminin ölkə üzrə tətbiqinin sosial-iqtisadi təsirləri var. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

 

Prezidentin köməkçisi deyib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də 600 min nəfərə 190 manat birdəfəlik həcmdə maliyyə yardımı göstəriləcək.

 

“Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq zərərçəkmiş sahibkarlara da müvafiq yardımlar göstəriləcək”, - deyə Ş.Mövsümov qeyd edib.

Müəllif: Ayna.az