Karantin rejiminin müddəti uzadıla və qaydalar daha da sərtləşdirilə bilər - <font color=red> RƏSMİ</font>

Xəbərlər

08.04.2020 - 18:08

Həkimlər Klinikalar SEO Xidməti

"Yaranmış problemlərin qarşısını almaq üçün karantin rejiminin qaydaları da sərtləşə bilər”

 

Aprelin 20-dən sonra karantin rejiminin müddəti artırıla bilər. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bugünki brifinqdə bildirib.

 

NK rəsmisi qeyd edib ki, xüsusi karantin rejimininin pozulması və xəstələrlə bağlı gərgin stiuatsiya davam etsə, aprelin 20-dən sonra karantin rejiminin uzadılması ilə yanaşı, qaydalar daha da sərtləşəcək: “Çünki statistika göstərir ki, vətəndaşlar karantin rejiminə əməl etmirlər. Məhz bu problemlərin qarşısını almaq üçün karantin rejiminin qaydaları da sərtləşə bilər”.

 

İ.Məmmədov onu da əlavə edib ki, sadə insanlarla yanaşı, bəzən savadlı şəxslər də karantin rejimini pozmaqla məşğul olurlar: “Hətta külli miqdarda saxta icazələr və saxta jurnalist vəsiqələri alıb küçələrdə gəzən vətəndaşlar var. Bütün bu situasiya onu deməyə əsas verir ki, karantin rejiminin müddəti uzadılmaqla yanaşı, sərtəlşə də bilər. Əgər qaydalara əməl olunsa, yolxumanın sürəti azalar, sağalanların sayı çoxalar”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş