Karantin qaydalarını pozan hazırlıq kursu aşkarlanıb

Xəbərlər

24.01.2021 - 16:24

“Fınance Academy”nin rəhbəri barədə protocol tərtib olunub

 

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.

 

N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Müəllif: Ayna.az