Kaladze: “Tiflis yalnız dostluq və tərəfdaş münasibətləri axtarır”

Dünya

06.10.2026 - 20:16

“Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı ikinci cəbhə açmaqdan imtina etməsi ilə bağlı iradlarını dinləmək istəmir”

“Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı ikinci cəbhə açmaqdan imtina etməsi ilə bağlı iradlarını dinləmək istəmir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

"Gürcüstan dövləti ilə münasibətlər həqiqət və ədalət üzərində qurulmalıdır ki, heç kim bizə yuxarıdan aşağı baxmasın. Və heç kim ölkənin Avropa sanksiyalarına qoşulmadığı, iqtisadiyyatına zərər vermədiyi və ya ikinci cəbhənin açılması ilə bağlı təhdidlərini nəzərə almadığı üçün qəzəblənməsin", - Kaladze vurğulayıb.

Baş katib deyib ki, Tiflis yalnız dostluq və tərəfdaş münasibətləri axtarır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş