Kafe və ev yanıb

Hadisə

11.12.2019 - 19:58

Həkimlər Klinikalar SEO Xidməti

İki rayonda yanğın olub

 

Tovuz rayonunda ümumi sahəsi 80 m² olan ikimərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Sabirabad rayonunun Məmişlər kəndində isə, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin bir otağında ev əşyaları 2 m² sahədə yanıb, tavanı 1 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş