İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisnadır
Bu gündən etibarən Azərbaycanda restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilib. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin yumşaldılması ilə bağlı qərarında qeyd olunub.
Qərarda bildirilir ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla, müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur.
Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.